Azadsöz.az xəbər verir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.