19 Sentyabr 2024 20:15

Ərdoğanla Mahmud Abbas arasında görüş keçirilir

Azadsöz.az  xəbər  verir  ki, Türkiyəyə səfər edən Fələstin dövlət başçısı Mahmud Abbasla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında İstanbulda Vəhdəddin köşkündə görüş başlayıb.

Qeyd  edək  ki, görüş mətbuata qapalı keçirilir.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Mahmud Abbasın səfəri çərçivəsində ikitərəfli münasibətlər, Türkiyə ilə Fələstin arasında əməkdaşlığı gücləndirmək üçün atılacaq addımlar müzakirə ediləcək.

Fələstindəki humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsi ilə bağlı proseslər və Fələstində keçirilməsi planlaşdırılan seçkilərlə bağlı fikir mübadiləsi aparılacaq.
 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com