Azadsöz.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində Laçın rayonunda şəhid olan Salmanov Vaqifin oğlu Salmanzadə Hikmət ötən gün axşam saatlarında intihara cəhd edib.
İlkin ehtimala görə, şəhid oğlu yaşadığı evdə özünü yandırıb. Təcili tibbi yardımla 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilən şəhid oğlunun vəziyyəti orta ağır kimi dəyərləndirilir.