Azadsöz.az xəbər verir ki, Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı 1996-cı il təvəllüdlü Nəsirov Orxan Yaşar oğlu ona təhkim olunan silahdan ehtiyatsız davrandığına görə özünə xəsarət yetirib.
Qarın boşluğundan xəsarət alan polis əməkdaşı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.