Bakı Nəqliyyat Agentliyindən Azadsöz.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayrıcı tuneldən keçən hissəsində ayırıcı bordürün inşası ilə bağlı layihə hazırlanıb. Layihənin icrası prospektin bu hissəsində baş verən yol-nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsinə, piyada təhlükəsizliyi səviyyəsini daha da artırmağa imkan verəcək.
Müvafiq dövlət qurumlari ilə razılaşdırılan layihənin icrasına başlanılıb. Bu səbəbdən, yolun hər iki istiqamətində orta zolaqlar üzrə nəqliyyat axınında fasilələrlə müəyyən ləngimələr yarana bilər. Sürücülərdən hərəkətin təhlükəsizliyi məqsədi ilə görülən işlərə anlayışla yanaşmalarını xahiş edirik.