Azadsöz.az xəbər verir ki, Baş nazir Əli Əsədov görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi üçün qərar imzalayıb.
Qərarına əsasən, Bakı şəhəri Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə dünya şöhrətli alim, görkəmli elm xadimi Lütfi Zadənin adı verilib.
Bununla yanaşı Bakı Şəhər İcra Hakimiyyətinə Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulması göstərişi verilib.