Azadsöz.az xəbər verir ki, bu gün 1/8 finalda Xorvatiyanı məğlub edən İspaniya millisi sensasiyalı şəkildə son dünya çempionu Fransanı mübarizədən kənarlaşdıran İsveçrə ilə qarşılaşacaq. Oyun iyulun 2-də Sankt-Peterburqda keçiriləcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin son cütlüyü bu gün keçirləcək İngiltərə – Almaniya və İsveç – Ukrayna oyunlarından sonra bilinəcək.
2 iyul
Avro-2020
1/4 final
20:00. İspaniya – İsveçrə
Sankt-Peterburq
23:00. Belçika – İtaliya
Münhen
3 iyul
20:00. Çexiya – Danimarka
Bakı