Azadsöz.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimov digər vəzifəyə keçirilib.
Bu yaxınlara kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edən Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.