22 Noyabr 2024 19:01

Beyləqanın icra başçısı şəhid ailəsini çətin vəziyyətə salıb-FOTOLAR

Azadsöz.az xəbər  verir  ki, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq  göstərib, şəhidlik  zirvəsinə  ucalan Əsgərov İbrahim Məzahir oğlunun  ailəsi  çətin  vəziyyətdə  yaşayır.Şəhidin ailəsini  acınacaqlı  vəziyyətə  salan rayonun  icra  başçısı Asif Ağayevdir.

Belə ki, şəhidimizin  anası Elmira Cəfərova yaşadıqları Kolxoz binasının qarşısında olan 2 sot boş torpaq sahəsində şəxsi vəsaitləri hesabına ev tikmək istəyib.Bunun üçün rayon icra hakimiyyətinin başçısı Asif Ağayevə müraciət etsə də müsbət  cavab ala  bilməyib. Rayonun icra başçısı bildirib ki, həmin torpaq onlara  məxsus deyil Kənd Təsərrüfatı Nazirliyinin balansındadır.

Xatırladaq ki, Əsgərovlar ailəsinin  yaşadıqları mənzil  Sovet hakimiyyəti dövründə tikilən Kolxoza aid olan anbar binasındadır. Binanın hər an uçma təhlükəsi var.

Qeyd  edək  ki, hələ uşaq yaşlarında atasını itirən İbrahim Əsgərov anasının himayəsində böyüyüb.Həmçinin ailənin tək övladı olub. Müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan ordusunda xidmət edib. İ. Əsgərov 25 yaşında Xocavənd rayonunda şəhid olub.

Bildirək  ki, Azadsöz.az qarşı  tərəfin  fikirini  işıqlandırmağa  hazırdır.

Bir 1 kişi, askeri üniforma ve açık hava görseli olabilir

 

Fotoğraf açıklaması yok.

Bir açık hava ve ağaç görseli olabilir

Bir açık hava ve ağaç görseli olabilir

Ankara escort İstanbul Travesti Shemale İstanbul