Azadsöz.az xəbər verir ki, iyunun 22-də Göyçayın Birinci Ərəbcəbirli kəndində şəhid Bayramov Həsən Ağaisa oğlunun ad günü münasibətilə tikilən xatirə bulağının açılış mərasimi keçirilib.Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, icra aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, dindarlar, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, icra aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, dindarlar şəhidin məzarını ziyarət edərək, gül-çiçək dəstələri düzüb, xatirəsini etiramla yad ediblər.
Daha sonra şəhidin adına tikilən bulağın rəmzi qırmızı lenti kəsildikdən sonra bulağın açılışı olub.Şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından geniş söhbət olunub.Şəhidimizin təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Həsən Bayramov 2020-ci il dekabrın 13-də Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.