Azadsöz.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin texniki heyətinin iyunun 24-də Türkiyəyə səfər edəcəyi gözlənilir. Məlumatı “CNNTurk” yayıb.
Qeyd olunub ki, NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” proqramını başa çatdırması barədə açıqlamasından sonra bu ölkədəki vəziyyətin əhəmiyyəti artıb. Bu məsələ iyunun 16-da Alyansın Brüsseldə keçirilən zirvə toplantısında bəyan edilib.
Vurğulanıb ki, ABŞ-ın texniki heyəti Türkiyənin Əfqanıstandakı hərbçilərinin gələcək xidmətini və Kabuldakı Həmid Karzay Beynəlxalq Hava Limanının mühafizəsini müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərinin Əfqanıstanda dəstəksiz qalmayacağını bildirmişdi.
Xatırladaq ki, ABŞ başda olmaqla NATO bu ilin may ayından sentyabradək hərbçilərini Əfqanıstandan çıxaracağını elan edib.