Azadsöz.az xəbər verir ki, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib.Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) bütün 2008 seçki məntəqələrindən əldə olunmuş bülletenlərin sayılması əsasında açıqladığı hesabatda bildirilir.
MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.
“Mənim şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb.
“Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici), Erməni Milli Konqresi – 1,54% (19 647 seçici) səslə onların ardınca gəlir.
***
Saat 07:45
Azadsöz.az xəbər verir ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) bülletenlərin 95,8%-ni artıq sayıb. Bu, 2008 seçki məntəqəsinin 1945-dən toplanmış bülletenlər deməkdir. Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində səslərin 54,21%-ni toplayıb.
İkinci yerdə 20,89% seçici səsini qazanan eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku qərarlaşıb. “Mənim şərəfim var” blokuna 5,25% (Serj Sarqsyan və Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 3,99% seçici səs verib.
***
Saat 07:20
Azadsöz.az xəbər verir ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) səslərin 86,4%-ni artıq sayıb. Bu, 2008 seçki məntəqəsindən 1808-dən toplanmış bülletenlər deməkdir.Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində 55,02% seçici səsi toplayıb.
İkinci yerdə 20,41% seçici səsini qazanan eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku qərarlaşıb. “Mənim şərəfim var” blokuna 5,23% (Serj Sarqsyan və Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 4,1% seçici səs verib.Qalanları isə 3% belə səs toplaya bilməyib.
***
Saat 04:55
Azadsöz.az xəbər verir ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məntəqələrin 75,9%-də, yəni 2008 seçki məntəqəsindən 1525-də toplanmış bülletenlərin sayılmasından sonra növbəti rəqəmləri açıqlayıb.Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində 55,61% seçici səsi toplayıb.
İkinci yerdə 20,01% seçici səsini qazanan eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku qərarlaşıb. “Mənim şərəfim var” blokuna 5,39% (Serj Sarqsyan və Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 4,59% seçici səs verib.Qalanları isə 3% belə səs toplaya bilməyib.
***
Saat 04:38
Azadsöz.az xəbər verir ki, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində 58,02% seçici səsi toplayıb. 54% seçici baryerini keçmək ölkədə hökumət qurmağa kifayət edir.Bunu MSK 2008 seçki məntəqəsindən 1050-də toplanmış bülletenlərin sayılmasından sonra açıqlayıb.
MSK-nın açıqlamasına görə, ikinci yerdə 18,75% seçici səsini qazanan eks-prezident Robert Köçəryan qərarlaşıb.
Onun ardınca keçmiş prezident Serj Sarqsyanın dəstəklədiyi “Mənim şərəfim var” bloku (səslərin 5,39%) və Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası (4,59%) gəlir.
***
Saat 03:51
Azadsöz.az xəbər verir ki, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində səslərin 54%-dən çoxunu toplayıb ki, bu da hökumət qurmağa kifayət edir.Bunu MSK 50%-dən çox seçki məntəqəsindən toplanmış bülletenlərin sayılmasından sonra açıqlayıb.
***
Saat 01:51
Azadsöz.az xəbər verir ki, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində səslərin 59,49%-i toplayaraq liderdir.
Bunu MSK 2008 seçki məntəqəsindən 437-də toplanmış bülletenlərin və ya səslərin 21,7%-nin sayılmasından sonra açıqlayıb.
Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 18,14% toplayıb.
Hazırda yalnız Paşinyanın və Koçaryanın siyasi qüvvələri partiyalar üçün 5%, bloklar üçün isə 7% olan seçki baryerini aşa bilib. Eks-prezident Serj Sarqsyanın dəstək verdiyi “Mənim şərəfim var” bloku 5,63%, iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 4,78% seçici səsini toplayıb. Qalan partiya və bloklar isə heç 3% belə səs qazana bilməyib.
***
Saat 23:23
Azadsöz.az xəbər verir ki, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 58,04% səslə liderlik edir, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 22,01% səslə ikinci yerdədir.Bunu seçki məntəqələrinin təxminən 4%-nin nəticələrinin MSK tərəfindən hesablanması barədə əldə olunmuş məlumatlar göstərir.
MSK-nın məlumatına görə, eks-prezident Serj Sarqsyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku 5,66% səs qazanaraq üçüncü yerdədir, dördüncü yerdə isə 5,11% səslə iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası yer alıb.