23 Noyabr 2024 09:06

Səhnəmizin “Cəbiş müəllimi” Xalq artisti Süleyman Ələsgərovun doğum günüdür-FOTO

Azadsöz.az xəbər  verir ki, bu gün Azərbaycan Respublikasının əməkdar artisti, xalq artisti, Respublika Lenin komsomolu mükafatı laureatı Süleyman Ələsgərovun doğum günüdür.

Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915- ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.Süleyman Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir neçə kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı  “Bizim Cəbiş müəllim”   filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur.

Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 1961-ci ildə oynadığı Səməd Vurğun (“Komsomol poeması”, İsgəndər Coşqun) roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. Səksən üç yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.Yaradıcılığının özəyi, mayası əsasən realist aktyor məktəbinin estetik prinsipləri ilə yoğrulmuşdur. Qəhrəman perso-najlarının ifası psixoloji dramatizmi, komik və satirik rolları təbiiliyi, koloritli gülüşü, estetik zərifliyi ilə səciyyəvi idi.

Onun Gənc Tamaşaçılar Teatrında ifa etdiyi əsas rollar: Polad (“Qızıl quş”, Mirmehdi Seyidzadə), Fərzəli bəy (“Nəsrəddin”, Yusif Əzimzadə), Aqşin (“Babək”, Əbil Yusifov), Vəzir, Oruc (“Fitnə” və “Qaraca qız”, Abdulla Şaiq), kaçkaryov, Poçt müdiri (“Evlənmə”, və “Müfəttiş” Nikolay Qoqol), Arqant (“Skapenin kələkləri”, Jan Batist Molyer), Müşavir (“Qarlar Kraliçası”, Yevgeni Şvarts), Eldostu (“Çiçəkii dağ”, Məmmədhüseyn Təhmasib), Hacı Nuru və Molla Salman (“Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə), Valentin və Pontolone (“İki ağanın bir nökəri”, Karlo Haldoni), Molla Səfi və Hacı Qəmbər (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Lorenso (“Romeo və Cülyetta”, Vilyam Şekspir), Yaşar (“Yaşar”, Cəfər Cabbarlı), Musa (“Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Valentin (“İki veronalı”, Vilyam Şekspir), Çuxray (“Polad necə bərkidi”, Nikolay Ostrovski), komissar (“Anacan”, Yusif Əzimzadə), Zeynalabdm Şirvani (“Əlvida, Hindistan!”, Qeybulla Rəsulov), Səməd Vurğun, Baba, Əfrasiyab (“Komsomol poeması”, “Açıl bənövşəm, açıl” və “Rüstəm və Söhrab”, İsgəndər Coşqun), Montanelli (“Ovod”, Etil Voyniç), Namaz (“Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə), Mahmud (“Dağ seli”, Əfqan Əsgərov), kaplar (“Qavroş”, Viktor Hüqonun “Səfillər” romanı üzrə səhnələşdirənləri Zəfər Nemətov və Əli İsmayılov), Murtuz (“Mənim nəğməkar bibim”, Əkrəm Əylisli), Naçalnik (“Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə).

Süleyman Ələsgərov bununla  yanaşı “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir neçə kinolentlərində çox kiçik epizodlara çəkilib.Xalq artisti 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

Bizim Cəbiş müəllim” filmi/Həsən Seyidbəylinin 100 illiyi/rubrikasında – AKI

Bizim Cəbiş müəllim” filmi haqqında maraqlı faktlar – Epiloq.az

Müharibənin özü ilə təkbaşına döyüşən müəllim – Dünya kinosunu sarsıdan “Bizim Cəbiş müəllim” – VİDEO - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul