Azadsöz.az xəbər verir ki, iyunun 18-də Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə İkinci Qarabağ müharibəsində şəhid olan Çərəkə kənd sakini Salamov Paşa Həkim oğlunun valideynləri ilə onların evində görüşüb və ətraflı söhbət edib.
Rayon başçısı görüş zamanı şəhidin adına inşa olunan bulağın tikinti işləri ilə də maraqlanaraq, tezliklə tamamlanması üçün müvafiq tapşırıqlarını verib.
Görüşün sonunda Şəhidin atası H.Salmanov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.