Azadsöz.az xəbər verir ki, bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 732,6 min şəxsə sosial müavinət və Prezidentin aylıq təqaüdləri ödənilib.
Onlardan 437,4 mini aylıq və birdəfəlik sosial müavinətlə, 295,2 mini Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.
Qeyd olunan müavinət və təqaüdlər üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz və ya 26,2 mln. manat çox olmaqla, 420,1 mln. manat ödənilib