23 Noyabr 2024 00:39

Bu gün Lavrov Şmidlə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Azadsöz.az  xəbər  verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, S. Lavrovun Müdafiə Nazirliyinin dəvəti ilə Moskvada keçiriləcək Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək ATƏT Baş katibi ilə iyunun 21-də görüşəcəyini qeyd edib.

“Görüş zamanı ATƏT-in regional münaqişələrin həllində rolu müzakirə olunacaq. Tərəflər Ukrayna, Dnestryanı, Qarabağ nizamlanması ilə bağlı hazırkı vəziyyət barədə fikir mübadiləsi aparacaqlar”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul