27 İyul 2024 07:04

Van Dammın oğlu azərbaycanlı pianoçu ilə ailə qurdu-FOTO

Azadsöz.az xəbər  verir ki, məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənib.Nişan mərasimindən foto sosial şəbəkədə yayılıb. Eyni zamanda Suada və Kristofer İnstaqram profilində münasibətdə olduqlarını yazıblar.

Suada pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. O, eyni zamanda Prezident təqaüdçüsüdür, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. 21 yaşı var.

34 yaşlı Kristofer aktyor kimi bir çox filmlərdə rol alıb. O, Van Dammın aktrisa Qledis Portuqezdən dünyaya gələn oğludur.