Azadsöz.az xəbər verir ki, tanınmış telejurnalist İradə İsak “AysMed” klinikasında direktorun birinci müavini vəzifəsinə təyin edilib.
Yeni vəzifəyə təyin olunan teleaparıcı fikirlərini belə bildirib:“Övladımla əlaqədar uzun müddət çalışmırdım. Düşünürdüm ki, yenilikləri televiziya sahəsində edərəm. Lakin belə təklif gəldi və bu sahədə özümü sınamaq istədim. Klinikanın rəhbərliyi ilə əvvəl kiçik işlərimiz olmuşdu. Bəyəndilər və mənə bu vəzifəni təklif etdilər. Mənə etimad etdiyi üçün klinikamızın rəhbərliyinə təşəkkür edirəm”