Azadsöz.az xəbər verir ki, Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi gənc heykəltəraş Təbriz Soltanlı şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun heykəlini hazırlayıb.
Təbriz Soltanlı açıqlamasında bildirib ki, “Diplom işi kimi şəhid general-mayor Polad Həşimovun heykəlini hazırlamışam. Çox xırda detallar qalıb, onları da yaxın günlərdə tamamlamağı planlaşdırıram. İşin ölçüsü 2 metr 20 santimetrdir”.
Qeyd edək ki, gənc heykəltəraş daha öncə Polad Həşimovun büstünü hazırlamışdı. Gənc heykəltəraş bundan başqa şəhid olmuş polkovnik, Milli Qəhrəman İlqar Mirzəyev, mayorlar Asif Azayev və Emin Süleymanov, baş leytenantlar Muxtar Qasımlı və Mahir Dadaşzadə və leytenant Rəşad Atakişiyevin də büstlərini hazırlayıb.