Azadsöz.az xəbər verir ki,uzun sürən ağır xəstəlikdən 72 yaşında vəfat edən xalq artisti, rejissor Ramiz Əzizbəyli Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, koronavirusa yoluxan 72 yaşlı R.Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun infarkt keçirdiyi açıqlanmışdı.
Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi.
Allah rəhmət eləsin!