Azadsöz.az xəbər verir ki, iyunun 9-da Göyçayın Müskürlü kəndində şəhidlərin xatirəsinə tikilən bulaqların açılışı olub.Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk əvvəl kəndin giriş hissəsində yerləşən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa olunmuş bulaq və xatirə lövhəsinin açılışını ediblər. Daha sonra Vətən müharibəsi şəhidi Təbriz Xancanovun məzarı ziyarət olunub və yaşadığı evin qarşısında inşa olunan bulaq istifadəyə verilib.
Açılışın sonunda şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək Prezident, Ali Baş Komandan İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.