“Azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamalıdırlar, hər iki dövlət arasında sərhəd açıq olmalıdır”.
“Azadsöz.az” “Vestnik Kavkaza” əsasən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun iştirakı ilə Azərbaycan və Ermənistan hökuməti azərbaycanlıların və ermənilərin yanaşı yaşamasına səy göstərməlidirlər.
Lavrovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında kommunikasiyanın açılmasında təkcə bu iki dövlət deyil, həm də danışıqlar prosesində rəylərinin nəzərə alınması lazım olan Rusiya, Türkiyə və İran da maraqlıdır.