Azadsöz.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev ötən gün üçüncü dəfə əməliyyat olunub.Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
Aparıcı bildirib ki, ” Müğənninin əməliyyatı 2 saat çəkib.Əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat düz 2 saat çəkdi. Belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdur. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən. Hazırda səhhəti də qənaətbəxşdir”.