Azadsöz.az xəbər verir ki, Göyçay İcra Hakimiyyətinə kümdarlar tərəfindən barama qurdlarının becərilməsinin son mərhələsində müəyyən problemlərin yaranması, ipəkqurdlarının barama sarıması prosesinin ləng getməsi ilə bağlı sakinlərdən müraciətlər daxil olub.
Bununla əlaqədar rayon rəhbəri Mırtı, Şəkər, Şəhadət, Ərəbcəbirli, Bığır, İnçə, Ləkçılpaq kəndlərində olub. İlk olaraq Şəhadət kəndində barama qurdlarının becərilməsi prosesi ilə tanış olan Mehdi Səlimzadə tam yetişmə mərhələsində olan ipəkqurdlarının barama sarıma prosesinin alınmadığının şahidi olub.
Bununla yanaşı icra başçısı rayonun meyvəçilik və faraş tərəvəzçiliklə məşğul olan Mırtı, Şəkər, Ərəbcəbirli, Bığır, İnçə, Ləkçılpaq kəndlərində də kümdarlar tərəfindən oxşar halların baş verməsinin şahidi olub.
Qeyd edək ki, rayon icra hakimiyyəti tərəfindən yaranmış problemlərin səbəblərinin dəqiqləşdirilməsinə müvafiq köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib.