Azadsöz.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova vəzifəsindən uzaqlaşıb.
S. Məmmədova bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Əslində mən bu xəbəri sizinlə rəsmi iş məzuniyyətim bitdikdən sonra bölüşməyi planlaşdırırdım. Xəbərin yayıldığını nəzərə alaraq bildirirəm ki, 21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam”.