27 İyul 2024 07:24

Vətən müharibəsində itkin düşmüş hərbiçimizin nəşi tapıldı-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Vətən müharibəsində itkin düşən Neftçala rayonu, Dalğa kənd sakini, 2001-ci il təvəllüdlü əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi  tapılıb.

Qeyd edək ki, Beyləqan rayonunda hərbi xidmətdə olan əsgər sonuncu dəfə 2020-ci ilin sentyarın 29-da ailəsi ilə əlaqə saxlayıb. Bundan sonra isə ondan xəbər olmayıb.

Şəhid sabah Neftçala rayon qəbiristanlığında dəfn olunacaq.

#