Azadsöz.az xəbər verir ki, UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.
İngiltərənin “Çelsi” komandası tarixində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazanıb – 1:0.
00:05
Matçda ikinci hissə başlayıb.
23:52
İngiltərənin “Çelsi” və “Mançester Siti” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının final oyununda ilk yarı başa çatıb.
23:48
“Mançester Siti” – “Çelsi” matçında hesab açılıb.
42-ci dəqiqədə “Çelsi”nin futbolçusu Haverz qapıçı ilə təkbətəkə çıxaraq fərqlənib 1:0.
23:02
UEFA Çempionlar Liqasında İngiltərənin “Çelsi” və “Mançester Siti” komandaları arasındakı final oyunu start götürüb.
Qarşılaşma Portuqaliyanın Portu şəhərindəki “Draqau” stadionunda keçirilir.
22:51
Çempionlar Liqasının finalında 23:00-da başlayacaq “Mançester Siti” – “Çelsi” matçı üçün heyətlər açıqlanıb.
Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:
“Mançester Siti” : Ederson, Uolker, Stounz, Diaş, Kanselu, Silva, Zinçenko, Gündoğan, De Brüyne, Mahrez, Foden
Ehtiyat oyunçular: Steffen, Trafford, Ake, Sterlinq, Karson, Aquero, Laporte, Ferran Torres, Mendi, Fernandinyo, Qarsiya, Rodri, Aquero, Konselu,
“Çelsi”: Mendi, Aspilikueta, Toaqo Silva, Rudiqer, Ceyms, Jorjinyo, Kante, Çiluell, Maunt, Haverz, Verner
Ehtiyat oyunçular: Kepa, Kabalyero, Alonso, Kristensen, Abraham, Pulişiç, Zuma, Jiru, Hadson-Odoi, Zieş, Qilmor, Emerson