Azadsöz.az xəbər verir ki, Saatlı rayonunda intihar hadisəsi baş verib.Hadisə rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda qeydə alınıb.Sözügedən idarənin əməkdaşı – 62 yaşlı Rzaxan Alışov intihar edib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi “Azərsu” ASC-nin strukturuna daxildir.