Azadsöz.az xəbər verir ki, 28 may- Respublika Günündə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçayın Yenikənd kəndində aztəminatlı ailə üçün yeni inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə başda olmaqla rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, kənd sakini Ceyhun Mübariz oğlu Kərimov 7 nəfər ailə üzvü ilə birgə yaşadığı fərdi yaşayış evi 2 otaqdan ibarət olmaqla qarğıdan və torpaq yapışdırıcı materiallardan tavansız inşa edildiyindən qəzalı vəziyyətdə idi.Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş yeni fərdi yaşayış evi 3 otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir.
Görüşün sonunda Ceyhun Kərimov və ailə üzvləri Respublika Günündə onlara bu sevinci bəxş edən Heydər Əliyev Fonduna və rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.