Azadsöz.az xəbər verir ki, 28 may- Respublika Günündə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçayın Çayarxı kəndində tikilən 20 yerlik körpələr evi-uşaq bağçasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə başda olmaqla rayon İcra Hakimiyyəti aparatının, Göyçay Rayon Təhsil Şöbəsinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, sözügedən uşaq bağçası 1978-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Bina uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşüb.Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2020-ci ildə yenidən inşa olunmağa qərar verilib.
Xatırladaq ki, körpələr evi-uşaq bağçası 156 kv.m ölçüd, 1 mərtəbəli kürsülü şəkilində tikilib.Bağça 20 yerlik 1 qruplu olmaqla 7 nəfər işçi heyətindən, 5 otaq, mətbəx, sanitar qovşaqdan və kombi isitmə sistemindən ibarətdir.Bina müasir arxitekturaya uyğun inşa olunaraq, müasir avadanlıqlarla təchiz olunub.