Azadsöz.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Moskvada səfərdədir.
Bu barədə parlamentin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya paytaxtında keçiriləcək danışıqların mövzularından biri də Sünik (Zəngəzur -red.) və Qeqarkunikdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət olacaq.