Azadsöz.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, mayın 27-də Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.Görüş Alanyadakı “Oba” stadionunda baş tutacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.Oyunu Kosovodan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, görüşün baş hakimi Genc Nuza olacaq. Ona Fatlum Berişa ve Bujar Selimaj kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Visar Kastrati yerinə yetirəcək.