22 Noyabr 2024 06:21

Namiq Qaraçuxurluya qarşı dələduzluq olub

Azadsöz.az  xəbər  verir  ki, meyxanaçı Namiq Qaraçuxurlu dələduzların qurbanı olub.Bu haqda sənətçi özü məlumat  verib.

Namiq Qaraçuxurlu  bildirib ki,  sosial şəbəkədə onlayn alış-veriş səhifəsi onu aldadıb:

“Sizdən bir xahişim var: Bu, səhifə guya mal sifarişi ilə məşğuldur. Əslində isə işi dələduzluqdur. Mal sifariş verirsən, pul kartına oturur və adam yoxa çıxır. Azərbaycanda bu səhifənin qurbanı olan, içi mən qarışıq çox insanlar var. Başqalarının da zərər görməməsi üçün birləşib bu səhifəni şikayət edib bağlatdırmaq lazımdır. Ümid edirəm ki, bu dələduzun dərsini verə biləcəyik”.

İstanbul trv istanbul travestileri