27 İyul 2024 06:51

Nizami Xudiyev vəfat etdi

Azadsöz.az  xəbər  verir  ki, Filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.Bu barədə qafqazinfo-ya onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, bir müddət əvvəl koronavirusdan sağalan  AzTV-nin keçmiş sədri böyrək çatışmazlığından təxminən yarım saat əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, Nizami Xudiyev 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!