Azadsöz.az xəbər verir ki, “Kontakt Home” mağazalar şəbəkəsi Vətən müharibəsində şəhid olan Adilov Şirəli İlham oğlunun evinə gələrək, mağazadan borca götürdüyü mebelləri aparıb. Bununla bağlı məsələ ictimailəşdirildəkdən sonra “Kontakt Home” şəhidin bütün borclarını ləğv edəcəyini bildirmişdi.
Bu gün isə şəhidin anası “Kontakt Home” gedərək, oğlunun bütün borclarını ödəyəcəyini bildirib. Belə ki, mağaza rəhbərliyi şəhid anasına borcların bağlanmasını hədiyyə etsə də, Zümrüd Adilova bunları qəbul etməyib.