Azadsöz.az xəbər verir ki, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasim dünya şöhrətli rəssamın İçərişəhərdə yerləşən evində təşkil olunub. Vida mərasimində onun ailə üzvləri, yaxınları və bəzi ictimai-siyasi xadimlər iştirak edirlər.
Xatırladaq ki, Xalq rəssamı Tahir Salahov mayın 21-də 93 yaşında dünyasını dəyişib.