27 İyul 2024 04:30

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür-FOTO

Azadsöz.az  xəbər  verir  ki, bu  gün  Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı Rəsul Rzanın doğum günüdür. Rzayev Rəsul İbrahim oğlu (Rəsul Rza) 1910-cu ildə Göyçayda anadan olub. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyub.R.Rza Azərbaycan Yazıçıları İttifaqının sədri, Azərbaycan Kinematoqrafiya naziri, Azərbaycan Ensiklopediyasının baş redaktoru , Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri, Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü olub.Onun “Bu gün” adlı ilk şeri 1927-ci ildə “Qığılcım” almanaxında (Tiflis) dərc olunub. Böyük Vətən müharibəsi illərində hərbi müxbir olmuş Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. Həmçinin kommunizm, Lenin ideyalarının poeziya vasitəsi ilə təbliğ edib. Bu baxımdan şairin “Lenin” poeması bədii cəhətdən ən güclü əsərlərindən sayılır.Ötən əsrin 60-cı illərində Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşib, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri güclənib. Uşaqlar üçün yaradıcılıq nümunələri, ədəbi-tənqidi və publisistik məqalələri, tərcümə işləri də diqqəti cəlb edir.Şairin “Qızılgül olmayaydı” poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Yaradıcılığı müxtəlif illərdə nəfis kitablar şəklində oxuculara təqdim edilib.Şair 1981-ci ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

Göyçayda Rəsul Rzanın anadan olmasının 109-cu ildönümü münasibəti ilə şairin ev muzeyi ziyarət olunub

Göyçayda Rəsul Rzanın anadan olmasının 109-cu ildönümü münasibəti ilə şairin ev muzeyi ziyarət olunub

Sozvuçie - Beynəlxalq Ədəbiyyat Portalında Rəsul Rza və onun davamçıları haqqında material yayımlanıb | Edebiyyatqazeti.az