27 İyul 2024 07:56

Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur – VİDEO

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin planına uyğun olaraq qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.