08 Sentyabr 2024 03:40

Putin Azərbaycanın 2 mədəniyyət xadimini mükafatlandırdı

Azadsöz.az  xəbər  verir  ki, Rusiya Prezidenti Vladimir Putinin11 may 2021-ci il tarixli Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə, teatrın direktoru Ədalət Hacıyev isə “Puşkin” medalı ilə təltif edilib.

Rusiyanın dövlət mükafatları Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi böyük töhfələrə görə verilib.