Azadsöz.az xəbər verir ki, Azərbaycanın əməkdar jurnalisti Svetlana Hacı qızı Nəcəfova 83 yaşında dünyasını dəyişib.
Svetlana Nəcəfova Universal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiyanın sülhməramlı səfiri, Azərbaycan Qadınlar assosiasiyası rəyasət Heyətinin üzvü seçilmişdir.İstanbulda keçirilən türk qadınlarının I qurultayının iştirakçısı olmuş Svetlana xanım eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin katibi olmuşdur.
ABŞ-ın “kim kimdir?” nəşrinin 2008-ci il nominatlarının siyahısına bioqrafiyası daxil edilib. Ədəbi yaradıcılığa 60-cı illərdən başyalan yazıçının publisistik məqalələri, oçerq və hekayələri dövri mətbuatda dərc olunmuşdur.