Azadsöz.az xəbər verir ki, Rusiyanın Tümen şəhərində silahlı insident yaşanıb.Bu barədə Rusiyanın “TumenPro” informasiya agentliyi məlumat yayıb.
Agentlik hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinadən qeyd edir ki, mayın 13-ü gecə saatlarında şəhərin Klara Setkin küçəsində yaşanan atışma öldürülən azərbaycanlı “qanuni oğru”ların – “Lotu Quli” ləqəbli Nadir Səlifovun və Rövşən Canıyevin (Lənkəranski) tərəfdarları arasında baş verib.
Onlar arasında mübahisə Tümen bazarlarına nəzarət üstündə yaranıb.