Azadsöz.az xəbər verir ki, Xeops piramidasının hündürlüyündən böyük “2015 KJ19” adlandırılan asteroid bu gün Yer kürəsinin yaxınlığından keçəcək.Bu barədə NASA-nın bölmələrindən birinin internet səhifəsində bildirilib.
Hesablamalara görə, asteroid mayın 14-də Bakı vaxtı ilə 14.04-də Yerə minimum yaxınlığından – təxminən Aya olan 15 qat məsafədən keçəcək.O qədər də təhlükəli olmadığı deyilən asteroidin diametri 88-200 metr aralığında qiymətləndirilib. Xatırladaq ki, Xeopsın hündürlüyü 147 metrdir.