04 May 2024 11:34

Fərqliliyimiz Uğurumuzdur

Rusiya məktəbində partlayış oldu

Azadsöz.az  xəbər  verir  ki, Rusiya paytaxtında məktəblərin birində oyuncağın partlaması nəticəsində dörd şagird zərər çəkib. Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, hadisəyə səbəb beşinci sinif şagindinin sinfə partlayan oyuncaq gətirməsi olub.

O, sinifdə partlayıb və maddənin yüksək konsentrasiyası ilə əlaqədar şagirdlərdən dördünün halı pisləşib. Hadisə ilə əlaqədar təcili yardım və polis çağırılıb. Uşaqlardan ikisi xəstəxanaya yerləşdirilib, digər iki şagird isə tibb müəssisəsinə getməkdən imtina edib. Hadisənin səbəbkarı oyuncağı internetdən sifariş edib.