Azadsöz.az xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalı keçirilir.Festivalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edir.
Bildirək ki, festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.
Xatırladaq ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Cıdır düzündə təşkil olunub.