19 May 2024 10:35

Ağadadaş Ağayevin xəstəxanadan görüntüsünü yaydı-FOTO

Azadsöz.az  xəbər  verir  ki, bu gün Türkiyənin İstanbul  şəhərində  əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayev sosial şəbəkədə xəstəxanadan görüntüsünü yayımlayıb.

A.Ağayev əməliyyata girdiyini bildirib. “Rəbbim sizləri qorusun. Xəstələrimizə şəfa, dərdlərimizə dərman olsun. Dualarınız üçün çox minnətdaram. Allaha əmanət olun” deyə, müğənni paylaşımında yazıb.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Ağayev İstanbulda xəstəxanaya yerləşdirilib. O, bu gün ikinci dəfə əməliyyata girəcək.