06 May 2024 16:25

Fərqliliyimiz Uğurumuzdur

Ermənistanda parlament seçkilərinin vaxtı açıqlanıb

Azadsöz.az  xəbər  verir  ki, Ermənistan prezidenti Armen Sarkisyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.Ermənistanda növbədənkənar parlament seçkiləri 20 iyunda baş tutacaq.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin deputatları xüsusi iclasda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edən Nikol Paşinyanın baş nazir postuna seçilməsinə ikinci dəfə səs verməyib.

Konstitusiyaya əsasən, baş nazirin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməzsə, qanunverici orqan buraxılır və erkən seçkilər keçirilir.