Azadsöz.az xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisi Erik Qarsiya karyerasını İspaniyada davam etdirəcək.Bu barədə məşhur jurnalist Nikolo Şkira özünün “Tvitter” səhifəsində yazıb. O, 20 yaşlı oyunçunun yeni klubu ilə 5 illik ilkin müqavilə imzaladığını yazıb.
Kataloniya təmsilçisinin prezidenti Joan Laporta bu transferi təsiqləyib. İspan futbolçu azad agent kimi “Barselona”ya keçəcək. Klub bu mövsüm başa çatdıqdan sonra bu transferi açıqlayacaq.