Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən sonra Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması üzrə kompleks tədbirlər davam etdirilir.
Azadsöz.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Xalqımızın tarixində 9 may gününün İkinci Dünya müharibəsində faşizmin məğlub edilməsi, döyüş meydanlarında fədakarlqıla döyüşmüş yüz minlərlə Azərbaycan oğullarının ehtiramla yad edilməsi ilə də əlamətdar olması qeyd edilib.