Azadsöz.az xəbər verir ki, ötən gün dünyasını dəyişən Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilib.Mərasim xalq şairinin yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində – evində təşkil edilib.
Dəfn mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xalq şairi saat 12:00-da vəsiyyətinə uyğun olunaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.