Azadsöz. az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Musa Yaqub 84yaşında dünyasını dəyişib.
Xatırladaq ki, M. Yaqub Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Xalq şairi 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Buynuz kənd 8 illik məktəbinin müdiri, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb, “Zəhmətkeş” qəzetinin redaktoru olub. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri vəzifəsini icra edib.